Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır

Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır
Almaniya Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını alqışlayır.

“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalenna Berbok bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə irəliləyiş ümidvericidir.

"Müharibədən sonra dayanıqlı sülh reallığa çevrilib. Bu, təkcə region üçün deyil, onun hüdudlarından kənarda da vacibdir. Uzun sürən danışıqlardan sonra Ermənistan öz cəsarətli güzəştləri ilə sülhə gedən yolda bu son addımı mümkün edir. Mən hər iki tərəfi sülh sazişini imzalamağa çağırıram", - o, "X" sosial şəbəkəsində yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
99 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...