"Heç bir ölkəyə imkan verməyəcəyik ki..." - Prezident İlham Əliyev

"Heç bir ölkəyə imkan verməyəcəyik ki..." -


"Son illər dünyada, xüsusilə Yaxın Şərqdə xarici müdaxilədən əziyyət çəkən insanlar canlarını qurtarmaq üçün böyük əziyyətlərə qatlaşaraq, təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Orada isə onlara qarşı bəzi hallarda nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdə deyib.

Azərbaycanın da ötən əsrin 90-cı illərinin əvvəllərində humanitar fəlakətlə üzləşdiyini, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən prezident İlham Əliyev ölkəmizin bu böhranın öhdəsindən təkbaşına gəldiyini diqqətə çatdırıb.

Dövlər başçısının sözlərinə görə, bu gün müşahidə olunan immiqrant probleminin digər tərəfi Avropada radikal meyllərin arması ilə bağlıdır ki, bu da özlüyündə dinlərarası münasibətlərdə böhrana gətirib çıxara bilər.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən prezident İlham Əliyev keçən il Bakıda Avropa oyunlarının, gələn il isə İslam həmrəyliyi Oyunlarının keçiriləcəyini deyib: "Bütün bunlar bölgədə və dünyada sabitliyə töhfə verib. Biz öz yolumuzla gedirik, başqa ölkələrin daxili işinə qarışmırıq və belə bir fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, verməyəcəyik ki, daxili işlərimizə qarışsın. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Harada vəziyyətin ağır olduğunu görürük, sözümüzü deyirik, yol göstəririk, öz nümunəmizi təklif edirik. Sadəcə kimisə tənqid etmək üçün hansısa fikirləri səsləndirmirik. Deyirik ki, baxın bu məsələ Azərbaycanda necə həll olunub. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid ideya, amal uğrunda birləşə bilir? Niyə başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökürlər? Yaxın Şərqdə vuruşanların əksəriyyəti anlamır, bilmir ki, kimin tərəfində vuruşur, kimin maraqlarını müdafiə edir. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar. Elə günə salırlar ki, o şəhərlərin bərpası, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Niyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi var. Harada hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar qüvvə bu hakimiyyətin iradəsinə təsir edə, hakimiyyəti heç bir avantüraya çəkə bilməz. Bir də demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi də Azərbaycan xalqıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...