“Müharibə olsaydı, Azərbaycan hara gedib çıxardı…”

“Müharibə olsaydı, Azərbaycan hara gedib çıxardı…”


Milli Məclisin iclası davam edir. Modern.az xəbər verir ki, deputat Fazil Mustafa cəbhədəki hadisələrdə Azərbaycan prezidentinin mövqeyinə cəmiyyətin münasibətinin birmənalı olduğunu bildirib. “Hamı etiraf etdi ki, problem diplomatik və ya hərbi yolla həll olunmalıdır. Amma gündəmə bir məsələ gəldi ki, niyə kasıb uşaqları müharibəyə gedir, varlılarınki yox. Bu çox təhlükəli tendensiyadır, ziyalılar bunu durdurmaq üçün müəyyən işlər görməlidir”.

Fazil Mustafa həmçinin deputatların şəhid dəfnində iştirak etməməsi haqqında yayılan fikirlərə də münasibət bildirib. “Deyirlər ki, şəhidlərin dəfnində hər kəs iştirak etdi, deputatlar yox. Bu biabırçılıqdır. Deputat həmkarlarım və mən də şəhidlərin dəfn mərasimlərində iştirak etdik. Milli Məclisin üzvləri xalqla birlikdə oldu. Bunu xüsusi kateqoriya kimi ayırmaq düzgün deyil. Bunu yazan saytlara, jurnalistlərə də tənqidi yanaşılmalıdır.

Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır? Bu cəmiyyəti bölgülərə, təbəqələrə ayırmaqdır. Hansı təbəqədən asılı olmayaraq vətən məsələsinə münasibət Azərbaycan cəmiyyətində dəyişməlidir”. Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, biz Ermənistanla müharibə aparmamışıq. “3 gün Ermənistan tərəfindən törədilən təxribatlara cavab verilib. Müharibə olsaydı Azərbaycan hara gedib çıxardı yaxşı bilirsiniz. Azərbaycan əsgərləri və ordusu göstərdi ki, bu məsələni həll etmək iqtidarındayıq.

Bu, Ermənistanı sülhə məcbur etmək üçün vacib məqamlardan oldu. Sülh danışıqları gedir, güman edirəm ki, məsələ öz həllini tapacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...