​Emin Millinin qaynı azadlığa buraxıldı

​Emin Millinin qaynı azadlığa buraxıldı


“Meydan TV”nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov 3 il azadlıqdan məhrum edildi və cəza şərti hesab olunaraq, məhkəmə zalından azadlığa buraxıldı.

Ona verilən CM-nin 234.4.3-cü maddəsilə ittiham 234.1-ci maddəyə tövsif edildi. Məhkəmə öz hökmündə satış məqsədinin sübuta yetirilmədiyi qənaətə gəlib.

Virtualaz.org xəbər verir ki, Nazim Ağabəyovun vəkili Adil İsmayılov müdafiə çıxışında ona bəraət veriməsini istəyib. Nazim Ağabəyov özü də son sözündə günahsız olduğunu bildirib:

"Mən cinayətkar deyiləm. Narkotklərin dövriyyəsilə də heç vaxt məşğul olmamışam. 20 ilin mütəxəssisiyəm. Evdə xəstə uşağım var, mən heç vaxt ailəmi qoyub narkotiklə məşğul olmaram. Mən nə spirtli içki içirəm, nə siqaret çəkirəm.Ekspertizadan keçəndə də gördülər ki, qanım təmizdir.Mənim həbsimin səbəbi Emin Millinin qohumu olmağımdır. Amma demək istəyirəm ki, mən heç vaxt müxalifətçi olmamışam, hökuməti, prezidenti dəstəkləmişəm. İşləyib vergi vermişəm, normal adi vətəndaş olmuşam. Hökumətdən də heç bir narazılığım yoxdur".

* * *13:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Məhkəmədə Nazim Ağabəyovun 2 il müddətinə şərti cəzasına hökm verilib və o, azadlığa buraxılıb.

Qeyd edək ki, N.Ağabəyov ötən ilin iyul ayının 23-də evdən çıxıb idarə etdiyi avtomobillə işə gedərkən Binəqədi rayonu ərazisində, Mir Cəlal küçəsində yerləşən “Bol market” ticarət mərkəzinin yaxınlığında Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Onun üzərinə və maşınına baxış keçirilərkən onun üzərindən 6 qram heroin aşkar edilərək götürülüb. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib

Xatırladaq ki, kompüter mühəndisi olan N.Ağabəyov məşhur rəssam Mais Ağabəyovun oğlu, “Meydan TV” internet layihəsinin rəhbəri, Almaniyada mühacirətdə yaşayan Emin Millinin qaynıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...