“Arif Məmmədov həbs olunmalıdır”

“Arif Məmmədov həbs olunmalıdır”

“Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif Məmmədov sosial şəbəkədə Azərbaycan dövlətini və xalqını aşağılayan fikirlərinə görə, cəzalandırılmalı, hətta həbs olunmalıdır”.

Bu fikirləri AzVison.az-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib. Partiya sədri hesab edir ki, diplomat özünün diplomatik fəaliyyəti ilə məşğul olmalıdır: “Çünki, hər bir diplomatın üzərinə götürdüyü öhdəliklər var və bu çərçivədə öz işini qurmalıdır. Təəssüf edirəm ki, həmin adam diplomatik qaydalarla bağlı normaları pozub və diplomata nüfuz gətirməyən addımlar atıb. Onun fəaliyyəti ciddi şəkildə araşdırılmalı və hərəkətinə görə cəzasız qalmamlıdır”.

F.Ağamalının sözlərinə görə, kimliyindən asılı olmayaraq Arif Məmmədova qarşı qəti addımlar atılmalıdır.

“Azərbaycanda heç kim qanunsuzluğa görə özünə sipər yarada bilməz. Biri cinayət edir, deyir ki, jurnalistəm məni həbs etmək olmaz. Başqa birisi maşınla adam vurur, xəsarət yetirir və ya öldürür bildirir ki, ictimai fəal olduğuna görə, haqqında cinayət işi açıla bilməz. İndi bu diplomatdır ,deyə ağzına gələni danışmalıdır? Bu adam sosial şəbəkələrdə Azərbaycanın nüfuzuna xələl gətirən fikirlər yaymalı deyildi. Yayıbsa, deməli ermənidir. Bununda cəzasını çəkməlidir. Birmənalı olaraq haqqında cinayət işi açılmalıdır”.


Xatırladaq ki, A. Məmmədov “facebook” sosial şəbəkəsindəki səhifəsində yazdığı statusunda Binəqədi rayonunda binada baş verən yanğını nəzərdə tutaraq baş verən hadisəyə görə məmurların ünvanına kəskin ittihamlar qeyd edib: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar” status paylaşıb. Başqa bir statusunda isə “3 gün Azərbaycanda qaldım, mən qocaldım".

A.Məmmədovun bu fikirləri siyasi qalmaqala səbəb olub. Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı araşdırmaya başlayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...