Ərdoğanın səlahiyyətləri Dəniz Baykala keçəcək

Ərdoğanın səlahiyyətləri Dəniz Baykala keçəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı onun səlahiyyətləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykala veriləcək. Bu barədə Trend “Hürriyyət” qəzetinə istinadən məlumat verir. Türkiyə parlamentinə seçilən D.Baykal ən yaşlı deputat kimi parlamentin spikeri seçiləcək. Qanunvericiliyə uyğun olaraq, dövlət başçısı olmadığı təqdirdə, onun səlahiyyətləri parlamentin spikerinə keçir. Xatırladaq ki, R.T.Ərdoğan Bakıda ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...