“İdman siyasət hüdudlarından kənarda yerləşir” - Fransa səfiri

“İdman siyasət hüdudlarından kənarda yerləşir” -

İdman tədbirlərini siyasiləşdirmək düzgün deyil, belə ki, idman insanları birləşdirir və siyasət hüdudlarından kənarda yerləşir. Bu barədə Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.

O bildirib ki, Bakıda I Avropa Oyunlarının açılış mərasimi yüksək səviyyədə keçib: “Hər şey çox gözəl, zərif və zövqlə təşkil olunmuşdu. Şou Azərbaycan mədəniyyətini nümayiş etdirdi. Düşünürəm ki, hamı bu mərasimi qiymətləndirə bildi”.

P.Monye qeyd edib ki, Fransa Milli Olimpiya Komitəsinin prezidenti atletlərin yaşayış şəraitindən də razı qalıb: “Atletlərin qaldığı otaqlarda bütün şərait var. Şəhərcikdə əla restoran fəaliyyət göstərir”.

Diplomat həmçinin Fransanın I Avropa Oyunlarında artıq 7 medal qazandığını bildirib. P.Monye Fransa komandasına və bütün atletlərə uğurlar arzulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...