İlham Əliyev Nursultan Nazarbayevi təbrik etdi

İlham Əliyev Nursultan Nazarbayevi təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevə telefonla zəng edib.

Virtualaz.org saytı xəbər verir ki, dövlət başçısı N. Nazarbayevi prezident seçkilərində inamlı qələbəsi münasibəti ilə təbrik edib, ona ali dövləti fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Qazaxıstan prezidenti göstərilən diqqətə və təbriklərinə görə İ. Əliyevə minnətdarlığını bildirib.

Söhbət əsasında dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...