“Biz “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq” — Fransa XİN-dən AÇIQLAMA

“Biz “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq” —

Fransanın Azərbaycandakı Səfirliyi ölkəsinin Alforvil bələdiyəsi tərəfindən imzalanan dostluq "xartiyasın"a Fransanın Avropa və Xarici İşlər Nazirliyinin cavabını bəyan edib. Səfirlikdən “Ölkə.Az”-a verilən məlumata görə, bəyanatda Fransanın “Dağlıq Qarabağ Respublikası”nı tanımadığı deyilir:

“Bizim mövqeyimiz aydındır. Biz Dağlıq Qarabağı tanımırıq. Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiyan"ı hökümət riayyət etməyə məcbur deyil”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmamış Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Fransaya səfərinə noyabrın 21-də etiraz bildirib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan XİN ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazını bildirir:

“Sözügedən məsələ ilə əlaqədar Fransanın Azərbaycandakı səfiri ilə XİN-də görüş keçirilib. Azərbaycanın Fransadakı səfirliyinin isə noyabrın 21-də Fransa XİN-də görüşü nəzərdə tutulub. Təəssüflə qeyd edirik ki, Ermənistanın diplomatik pasportu ilə səyahət edən Bako Saakyanın Avropa İttifaqının ərazisinə daxil olması Şenqen viza qaydalarının ciddi pozulması ilə müşayiət olunmasına və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın öhdəliklərinə zidd olmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...