Keçmiş deputat da mətbuatın üzərinə hücuma keçdi - Status

Keçmiş deputat da mətbuatın üzərinə hücuma keçdi -


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun dünən jurnalistləri tənqid etməsindən, bu gün isə sosial media üzərindən bir neçə həkimin media mənsublarını təhqir etməsindən sonra, keşmiş deputat Nazim Məmmədov da müzakirələrə qoşulub.

Avropa.info xəbər verir ki, Nazim Məmmədov facebook-da yazdığı statusunda Azərbaycan mətbuatını sərt şəkildə tənqid edib, medianı "sarı mətbuat" adlandırmaqdan çəkinməyib.

"Özünə hörmət qoyan, içtimai fikirə təsir imkanı olan dövlət məmuru, deputat, bələdiyyə işçisi, ziyalı, tanınmış içtimai-siyasi xadim özü haqqında istənilən jurnalist sualını cavablandırmalıdır. Ancaq hörmətli jurnalistlərimiz məsələni məişət səviyyəsinə, ailə qohum münasibətlərinə endirməyə şərait yaratmamalıdırlar, bundan "serial" düzəltməməlidirlər, belə olanda həmin mətbu orqan, sayt özü gözdən düşür və "sarı mətbuat" statusunu qazanır!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...