Vitali Bəylərbəyov: "İtaliya hökuməti ilə heç bir problem yoxdur"

Vitali Bəylərbəyov: "İtaliya hökuməti ilə heç bir problem yoxdur"

"Bizim İtaliya hökuməti ilə heç bir problemimiz yoxdur və inanıram ki, olmayacaq".

Bunu "Report"a açıqlamasında SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

İtaliyanın yeni hökumətinin Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin ölkəyə faydası olmadığı barədə açıqlamaları şərh edən V.Bəylərbəyov xatırladıb ki, bundan sonra İtaliya hökumətinin layihə ilə bağlı fərqli açıqlaması olub.

O, İtaliya ilə əlaqələrdən də danışaraq qeyd edib ki, Azərbaycan İtaliya bazarında maraqlıdır və maraqlı olacaq. O vurğulayıb ki, Azərbaycan neft ixracının əsas hissəsi İtaliyaya gedir: "Amma bizim əməkdaşlıq təkcə qaz və neftlə bağlı deyil. Əsas bizim ölkələr arasında dostluq əlaqələridir. Biz iki ölkə arasındakı əməkdaşlıqda daha çox şirkət görmək istəyirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...