Mariya Zaxarova: "Beynəlxalq KİV Azərbaycana qarşı kampaniya aparır"

Mariya Zaxarova: "Beynəlxalq KİV Azərbaycana qarşı kampaniya aparır"

"Azərbaycan və Rusiya informasiya siyasəti məsələləri üzrə beynəlxalq səviyyədə sıx əməkdaşlıq etmək niyyətindədirlər".

"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün dünya daha çox saxta xəbərlər və söz azadlığına məhdudiyyətlərlə üzləşir.
"Buna baxmayaraq, ölkələrimizdəki jurnalistlərin rahat şəraitdə işlədiyini görürük. Sifarişli və saxta xəbərlərə gəlincə, nümunə kimi, beynəlxalq KİV-də Azərbaycana qarşı keçirilən kampaniyaları göstərmək olar", - M.Zaxarova vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...