Bakıda təhsil alan erməni general KTMT-ya baş katib gətirilir

Bakıda təhsil alan erməni general KTMT-ya baş katib gətirilir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katib vəzifəsinə Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyanın namizədliyini təqdim etmək istəyir.
AzVision.az xəbər verir ki, bu barədə “168 jam” qəzeti Ermənistan hökumətindəki mənbələrinə istinadən yayıb. Nəşr hesab edir ki, bu addım sırf Rusiya ilə son vaxtlar gərginləşən münasibətləri yumşaltmağa yönəlib.

Qeyd edək ki, V.Arutyunyan 1956-cı ildə Gürcüstanın Axalkələk bölgəsində doğulub. 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1978-ci ildə Bakıda keçmiş S.M.Kirov adına Xəzər Ali Hərbi-dəniz Məktəbini bitirib. Rusiya ilə çox yaxşı münasibətləri var. Qarabağdakı terrorçu separatçılar onun müdafiə naziri olmasını istəyirlər. O, 2002-ci ildə keçmiş baş nazir Aram Sarkisyanın başçılıq etdiyi, müxalifətdə olan Ermənistan Respublikaçılar Partiyasına üzv olub.

Eyni zamanda onun yenidən Ermənistanın müdafiə naziri vəzifəsinə təyin ediləcəyi gözlənilirdi. Lakin yeni baş nazir Nikol Paşinyan açıqlama verərək, ölkənin yeni müdafiə nazirinin David Tonoyan olacağını elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...