Orxan Camalın meyiti ortalıqda qalıb

Orxan Camalın meyiti ortalıqda qalıb

Mərkəzi Afrika Respublikasında öldürülmüş rusiyalı jurnalist Orxan Camalı dəfn etmək mümkün olmayıb.

BakuPost xəbər verir ki, bu barədə onun dostu Maksim Şevçenko "Facebook” səhifəsində yazıb. Bildirib ki, buna səbəb Rusiyanın MAR-dakı konsulu tərəfindən jurnalistin ölümü ilə bağlı imzaladığı yekun rəyin itirilməsidir və yekun rəy olmadan dəfn gerçəkləşə bilməz.

Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da münasibət bildirib:

"Düşünürəm ki, yekun rəyi yük təyyarəsində itiriblər. Həmin sənəd olmadan isə dəfn mümkün deyil. Rusiyanın MAR-dakı səfirliyi, İstintaq komitəsi və Xarici İşlər Nazirliyi sənədin bərpasına çalışır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...