Avropa Komissiyası MDB vətəndaşlarına "qızıl pasportlar" verilməsinin azaldılmasını istəyir

Avropa Komissiyası MDB vətəndaşlarına "qızıl pasportlar" verilməsinin azaldılmasını istəyir

Avropa Komissiyası MDB ölkələri vətəndaşlarına daşınmaz əmlak alınması və ya investisiya qoyulması qarşılığında verilən pasport və yaşamaq üçün icazələrin sayını azaltmaq niyyətindədir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.
Məlumata görə, bu qərar "qızıl" sənədlərin çirkli pulların yuyulması və Avropa İttifaqının (Aİ) təhlükəsizliyinin pozulması üçün təhdidlər olması ilə bağlıdır.
Ədliyyə üzrə avrokomissar Vera Yurovanın sözlərinə görə, yeni direktivlər artıq payızda hazırlanaraq nəşr olunacaq.
"Avropa Komissiyası verilən "qızıl pasportlar"ın sayının artımından çox narahatdır", - o deyib.
Qeyd edək ki, bəzi Aİ ölkələrində "qızıl" viza və pasport qaydası qüvvədədir: daşınmaz əmlak almaq və ya dövlət iqtisadiyyatına əhəmiyyətli investisiyalar qoymaq müqabilində yaşayış icazəsi və ya vətəndaşlıq almaq mümkündür.
Komissarlar Avropa ölkələri arasında xüsusilə Kipr, Yunanıstan və Maltanı, "qızıl sənədlər"in sahibləri arasında isə Rusiya, Çin və MDB ölkələrinin vətəndaşlarını qeyd ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...