“Vaxtiylə Ermənistan Azərbaycanda baş verən dövlət çevrilişindən xaincəsinə istifadə etdi” Mütəllibov

“Vaxtiylə Ermənistan Azərbaycanda baş verən dövlət çevrilişindən xaincəsinə istifadə etdi”

“Dünya yenidən qütbləşməyə doğru gedir”

Son vaxtlar Cənubi Qafqaz regionunda baş verən bir sıra proseslər – Ermənistdankı səs-küylü həbslər, Qarabağ və İrəvan klanlar arasında güclənən qarşıdurma, Suriya prezidenti Bəşər Əsədin Cənubi Osetiyaya səfər edəcəyi ilə bağlı yayılan məlumatlar və s. ölkəmizdə də ciddi maraq və müzakirələrə səbəb olmaqdadır. Odur ki, Moderator.az olaraq sabiq prezident Ayaz Mütəllibovla söhbətimizdə sözügedən məsələlərlə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışdıq.

-Ayaz müəllim, bu günlərdə Emənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı rəsmi formada ittiham irəli sürüldü. Bu ittiham aktı, eləcə də Serj Sərkisyanın yaxın çevrəsi, keçmiş silahdaşları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar fonunda Ermənistandakı həbs dalğasının davam edəcəyini ehtimal etmək mümkündürmü?

- Əvvəla onu qeyd edim ki, Ermənistanda baş verən hadisələrə əsla aludə olmamalıyıq. İrəvanda növbəti hakimiyyət dəyişikliyi baş verib və hakimiyyəti ələ keşirmiş qüvvələr köhnə klanla, əvvəllər mövcud olmuş fikir ayrılıqlarının haqq-hesablarını aparırlar. Mümkündür ki, bu həbslər davam etsin, cünki 20 il ərzində çox hadisələr baş verib, istər İrəvanda, istərsə də Qarabağda. Hadisələrin sonrakı inkişafı bunu tam şəkildə aydınlaşdıracaq.

-Bəzi siyasilər iddia edir ki, ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycandakı qeyri-sabitlikdən istifadə etdiyi kimi, Azərbaycan da Ermənistandakı mövcud gərginlikdən yararlanmalı, işğaldakı torpaqların azadlığı istiqamətində konkret addımlar atmalıdır. Sizcə Azərbaycan həqiqətən də Ermənistandakı hazırkı situasiyadan faydalanmalıdırmı?

- Bu fikirlə tam razıyam ki, Ermənistan Azərbaycanda baş verən dövlət çevrilişindən xaincəsinə istifadə etdi. Hadisələrin sonraki gedişi bunu sübüt etdi ki, söhbət rəhbərlikdə kimin olmasından getmir, sadəcə milli birlik, vətəndaş həmrəyliyinin olmaması ölkəni, xalqı faciələrlə üz-üzə qoyur. Mənim prezidentliyim dövründə dəfələrlə müxalifət nümayəndələrinə milli birlik barədə çağırışlarıma, hətta onların nümayəndələrinin iqtitarda və o cümlədən ölkənin ən ağrılı məsələlərində yaxından ıştirakını təmin etməyimə baxmayaraq, təzyiq və təhdid yolunu tutub prezidentin hakimiyyətdən getməsinə nail oldular. Bir prezidentin getməsilə nə baş verdi? Nəyə nail olduq? Bu barədə çox deyilib, yazılıb. Ağır nəticə göz qabağındadır.

Ermənistandaki son durumdan istifadəyə gəldikdə isə, orada nə baş verməsindən asılı olmayaraq, biz öz prinsipial mövqeyimizdən bir addım da qeri çəkilməməliyik, işğal olunmuş ərazilər qeyri-şərtsiz azad olunmalı, 25 ildir olmazın müsibətlər çəkmiş soydaşlarımız öz evlərinə qayıtmalıdır. Torpaqlar müzakirə predmeti ola bilməz, hesab edirəm ki, son ana qədər danışıqlar davam etməli, bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Əks təqdirdə, hərbi yoldan başqa alternativ qalmır.

Son zamanlar bölgədə baş verən geosiyasi dəyişiklər fonunda Qarabağ probleminin həlli istiqamətində fəallaşmalar müşahidə olunmaqdadır. Bu, hər şeydən qabaq İran ətrafında cərəyan edən hadisələrlə, İran və Rusiyaya tətbiq olunan sanksiyalarla bağlıdır. Hər iki ölkə bizim tarixi qonşularımızdır, təbii ki, orada baş verən problemlər bu və ya digər yollarnan Azərbaycanda öz təsirini qöstərir. Ermənistanda baş verən hakimiyyət dəyişikliklərindən Qərb təbii ki, maksimum qaydada yararlanmağa çalışacaqdır. Son zamanlar Avropa ilə yaxınlaşmalar, ermənilərin NATO qüvvvələri ilə təlimlərdə iştiraki Rusiyanı narahat etməyə bilməz. Rusiya da Ermənistanın öz təsir dairəsindən çıxmaması üçün əlindən gələni edəcəkdir. Buna şübhəniz olmasın. Bu təsirin mümkün variantından biri kimi Qarabağ problemi istisna olunmur.Və axır vaxtlarda Ermənistanın yeni iqtidarını Qarabağla qorxutmaq cəhdləri göz qabağındadır. Bütün bu münasibətlər fonunda Azərbaycan öz manefeyini, yəni torpaqların işğaldan azad olması məsələsini üstün tutaraq istifadə etməlidir. Çünki Qarabağ Azərbaycanın suverenliyinin, müstəqiliyyinin rəmzidir.

-Rusiya mətbuatında Suriya prezidenti Bəşər Əsədin Cənubi Osetiyaya səfər edəcəyi ilə bağlı informasiyalar yer alıb. Bəşərə Əsədin bu səfəri reallaşarsa, bu, bütövlükdə Cənubi Qafqazda, dolayısı ilə həm də Cənubi Qafqazın bir hissəsi olan Qarabağda separatizm meyillərinin güclənməsinə səbəb ola bilərmi?

-Təbii ki, Abxaziya və Cənubi Osetiya məsələlərində bir fəallaşma olduqda separatçılar dərhal bundan istifadə etməyə çalışırlar. Əsədin Cənubi Osetiya səfəri barədə məlumatım yoxdur, amma belə bir məlumat yayılırsa, bu, ilk nöbbədə ABŞ və Qərbin əleyninə, daha dəqiq ifadə etsək, onların acığına yönəlmiş bir səfərdir. Bildiyimiz kimi, NATO və Gürcüstan münasibətləri gün-gündən güclənir, avqust ayında keçirilmiş təlimlər Rusiyanı çox narahat etdi və onlar da Abxaziyada təlimlərə start verdilər. Bütün bu hadisələr, yəni hansısa ölkələr tərəfindən respublikaların tanınması, Əsədin səfər məsələsinin gündəmə qəlməsi dünyada baş verən qütbləşmənin təzahürüdür. Dünya yenidən qütbləşməyə doğru gedir. Müəyyən ölkələr, yəni əsasən ABŞ və Qərbin apardığı siyasətdən narazı dövlətlər Rusiya ətrafında toplanır, təbii ki, Moskvanın da bu və ya digər maraqlarını müdafiə edirlər. Düşünürəm ki, bu qütbləşmə get-gedə daha da güclənəcək, çox yaxın zamanlarda aydın şəkildə öz təsirini göstərəcəkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...