DSX-nın iki hərbi qulluqçusuna general-leytenant, üçünə general-mayor rütbəsi verilib

DSX-nın iki hərbi qulluqçusuna general-leytenant, üçünə general-mayor rütbəsi verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi
general-mayor Əsgər Sabir oğlu Xəlilova
general-mayor Əfqan Vəli oğlu Nağıyevə
“general-mayor” hərbi rütbəsi
polkovnik Azər Oqtay oğlu İbrahimova
polkovnik Ayaz Əvəz oğlu Hüseynova
polkovnik Rəsul Afiq oğlu Tağıyevə.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...