Azərbaycanlı məhbuslar erməni rəisə etiraz olaraq aclıq aksiyasına başladı

Azərbaycanlı məhbuslar erməni rəisə etiraz olaraq aclıq aksiyasına başladı

İstanbulun Maltəpə həbsxanasında saxlanılan azərbaycanlıların kütləvi aclıq akiyası başlayıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə virtualaz.org-a həmin həbsxanada olan məhbus Nərahim Nəzərov məlumat verib.

Məlumata görə, aclıq aksiyasına 47 azərbaycanlı qoşulub. Məhbuslar onları etnik zəmində sıxışdıran erməniəsilli şəxsin həbsxana rəisi təyin edilməsindən narazıdırlar.

Faktla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət edilib. Araşdırmanın nəticəsi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...