Merkeldən Məsud Özil açıqlaması - "...heç xoşuma gəlmədi"

Merkeldən Məsud Özil açıqlaması -

Almaniya kansleri Angela Merkel türk əsilli alman futbolçu Mesut Özillə bağlı açıqlama verib. Publika.az xəbər verir ki, kansler irqçi hücumlara məruz qalaraq milli komandanı tərk edən futbolçunun ölkəsində səbəb olduğu müzakirə formasının xoşuna getmədiyini bildirib.

Almaniyanın dövlət televiziyasında qonaq olan Merkel “birinci və ikinci sinif vətəndaş yoxdur” ifadələrini təkrarlayaraq, irqçiliyə qarşı mesaj verdiyini xatırladıb. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla prezident seçkilərindən öncə İngiltərədə foto çəkdirən futbolçu ilə bağlı fikirlərini bölüşüb:

“Fotonun doğru və ya yanlış olması mövzusunda fərqli fikirlər ola bilər. Ancaq ardınca yaşananlar, mövzunun müzakirə forması heç xoşuma gəlmədi. Bu məsələdə konkret görüşə sahibəm. İstər Özil olsun, istər başqası, qaçqın əsilli biri “mənə bu toplumda düzgün formada davranılmır” deyirsə, bunu, ən azından, ciddiyə almaq və müzakirə etmək lazımdır”.
Merkeldən Məsud Özil açıqlaması -


Qeyd edək ki, türk əsilli alman futbolçular Mesut Özil və İlkay Gündoğan, həmçinin ötən il İngiltərə Premyer Liqasına transfer edilən Cenk Tosun may ayında bir tədbir çərçivəsində Türkiyə prezidenti ilə görüşmüş və şəkil çəkdirmişdilər. Bu fotonun ardınca Almaniyada fytbolçuların əleyhinə linç kampaniyasını başlamış, Dünya Çempionatından sonra isə Mesut Özil irqçi hücumlara tab gətirməyərək Almaniya milli komandasından ayırlmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...