Bakı Vayleri ölkəyə buraxmamaqla sübut etdi ki... – ŞƏRH

Bakı Vayleri ölkəyə buraxmamaqla sübut etdi ki... –

Azərbaycan kifayət qədər cəsarətli, birmənalı və öz maraqlarından çıxış edən mövqe sərgilədi.

Bu sözləri Axar.az-a açıqlamasında Dağlıq Qarabağa qanunsuz səfər etmiş alman deputatın Azərbaycana buraxılmamasına münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Merkelin səfəri əsnasında Azərbaycan tərəfi prinsipial mövqeyini bir daha nümayiş etdirildi:

“Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsi hansısa fərdə, yaxud hansısa dövlətin vətəndaşına münasibətdə özünü büruzə vermir. Bunun istər alman, istər rus, istərsə də türk vətəndaşı olması Azərbaycanın mövqeyini dəyişmir. Ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyi birmənalıdır və bu mövqe həm ölkə Konstitusiyasının prinsiplərindən, həm də beynəlxalq hüquq normalarından irəli gələn bir yanaşmadır. Bu aspektdən də şübhəsiz ki, bu addım kifayət qədər ciddi bir mesajdır. Bu həm də o anlama gəlir ki, beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə münasibətdə ikiüzlü, riyakar siyasət yürütmək yolverilməzdir. Azərbaycan öz mövqeyi ilə bunu bir daha dünyanın diqqətinə çatdırdı”.

Qeyd edək ki, deputat Albert Vayler Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycan XİN-in qara siyahısına daxil edilib. Buna görə də kansler Angela Merkelin bakıya səfəri zamanı A.Vaylerin onu müşayiət etməsinə Bakı izn vermədi və onu ölkəyə buraxmadı.

Almaniya hökuməti Azərbaycanın beynəlxalq qanunvericiliyə uyğun olaraq atdığı bu prinsipial mövqeyə anlayış göstərdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...