Yıldırımın Bakıya səfərinin üç mühüm səbəbi – ŞƏRH

Yıldırımın Bakıya səfərinin üç mühüm səbəbi –

Türkiyənin Baş naziri Binəli Yıldırımın Bakıya gəlişi Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

Bu sözləri Axar.az-a açıqlamasında “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

“İki dövlət arasında yüksək səviyyəli görüşlərin keçirilməsi və məsləhətləşmələrin aparılması ənənəvi bir qaydadır. Ancaq Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin indiki vəziyyətdə Azərbaycana səfər etməsi üç aspektdən olduqca əhəmiyyətlidir. Birincisi, bu səfər siyasi münasibətlərin yüksək səviyyədə olmasının, ikincisi, iqtisadi layihələrin həyata keçirilməsi üzrə danışıqların davamıdır. Üçüncü aspekt isə sırf hərbi münasibətlərlə bağıdır. Bildiyiniz kimi, iki qardaş ölkə birgə hərbi təlimlər keçirir. Türkiyə həmçinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində ən mötəbər təşkilatlarda dəstəkləyən bir ölkədir”, - ekspert bildirib.

Politoloq bu fonda Azərbaycanın Türkiyədən gözləntilərinin böyük olduğunu vurğulayıb:

“Son zamanlar Rusiya ilə Türkiyə arasında ciddi yaxınlaşma müşahidə olunur. Bu yaxınlaşma Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində və hansısa qərarların qəbul olunmasında Türkiyənin Rusiyaya təsir imkanlarını artıra və ən əsası sülh prosesinə təkan verə bilər. Bundan başqa, Rusiya, Türkiyə və İran prezidentləri yaxın zamanlarda məhz Təbrizdə bir araya gələcəklər. Azərbaycanın hər üç ölkə ilə münasibətləri yüksək səviyyədə olduğundan Bakı da dolayısı isə bu mühüm görüşdə iştirak etmiş sayılacaq. Bu mənada sözügedən görüşdə də Türkiyə tərəfdən Azərbaycanın haqlı davasının gündəmə gətiriləcəyi istisna edilmir”.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...