“Azərbaycanın Dostları Assosiasiyası”nın başçısı Ermənistanda gizlənirmiş

“Azərbaycanın Dostları Assosiasiyası”nın başçısı

Ermənistanın hüquq-mühafizə orqanları Türkiyə vətəndaşı və ABŞ ədliyyəsindən qaçıb gizlənən Kevin (Kamal) Öksüzü saxlayıblar. Virtualaz.org xəbər verir ki, Ermənistan Polisinin mətbuat xidməti Öksüzün bu ölkədə məskunlaşdığını və MMC təsis etdiyini bildirib.

Öksüzün barəsində beynəlxalq axtarış avqustun 23-də elan edilib. ABŞ hüquq-mühafizə orqanları onu Konqresin etika palatasına saxta bəyannamə təqdm etməkdə və sənədləri saxtalaşdırmaqda ittiham edir. Öksüzün barəsində beynəlxalq axtarış elan ediləndən bir gün sonra o, Ermənistan hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib.

“Azərbaycanın Dostları Assosiasiyası”nın başçısı


Kamal Öksüz kifayət qədər tanınmış adamdır, Fətullah Gülənə bağlı şəxsdir və bir neçə il əvvələ qədər Hyustonda “Azərbaycanın Dostları Assosiasiyası”ına başçılıq edirdi. Habelə o, Türk Amerikan Alyansı və ona bağlı “Turquoise Council for Americans and Eurasians” adlı təşkilatlara da başçılıq edib. Öksüz Texasda mənzillənmiş Texasda yerləşən “TDM Contracting” şirkətinin də sahibi olub. Həmin şirkət ABŞ-dakı Gülən məktəblərinin tikintisini maliyyələşdirib.

2013-cü ildə Öksüz bir qrup konqresmenin Azərbaycana və Türkiyəyə səfərlərini təşkil etmişdi. Həmin səfərlərə görə qalmaqal yarandı və Konqresin etika komissiyası konqresmenlərin barəsində araşdırma başlatdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...