"Bu mahnı Azərbaycan xalqının birliyini nümayiş etdirir" - YAP-çı deputat "Səni deyirəm"dən danışdı

"Bu mahnı Azərbaycan xalqının birliyini nümayiş etdirir" -

İranda yaşayan cənubi azərbaycanlıların rəqs fləşmobu son günlər sosial şəbəkələrdə fenomenə çevrilib. Bu fləşmoba Azərbaycanda tanınmışlar, media nümayəndələri də da qoşulub. Belə ki, cənubi azərbaycanlılılara dəstək üçün Əlirza Şərifzadənin “Səni deyirlər” adlı mahnısının sədaları altında rəqs edib sosial şəbəkələrdəki şəxsi səhifələrində paylaşılır.

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, bu gün gənclərimizin cənubi azərbaycanlılara dəstəyini çox bəyənir:

“Çox şən Azərbaycan melodiyası üzərində qurulmuş yadda qalan musiqidir. Cənubi Azərbaycanda məşhur olan bir musiqiyə həvəs göstərilməsi Azərbaycan xalqının birliyini nümayiş etdirir. Bir musiqi nömrəsində xalqımız eyni kökdən, dəyərdən ibarət olduğumuzu və azərbaycanlı olmağımızla qürur duyduğumuzu göstərir. Bunun özü çox müsbət bir haldır. Mən özüm bunu dəstəkləyirəm. Cənubi Azərbaycanla çox sıx mənəvi əlaqələr var. Düzdür, ayrı-ayrı dövlətlərin tərkibindəyik. Ancaq vahid Azərbaycan xalqı var. Bizim musiqimiz, şənliyimiz, kədərimiz eynidir. Ölkəmizdə baş verənlər Cənubi Azərbaycanda həssaslıqla yanaşılır. Düşünürəm ki, bu musiqi yaxın günlərdə toylarımızda, şənliklərimizdə çalınacaq və oynanılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...