İraq səfiri yanğınla bağlı İran XİN-ə çağırılıb

İraq səfiri yanğınla bağlı İran XİN-ə çağırılıb

İranın Xarici İşlər Nazirliyi Bəsrədəki Baş konsulluqda ötən gün baş verən yanğınla bağlı İraq səfirini çağırıb və ona nota təqdim edib.

Trend-in məlumatına görə, notaya səbəb kimi İraq təhlükəsizlik qüvvələrinin cümə günü etirazçıların konsulluq binasını yandırmasının qarşısını almaqda səhlənkarlığı göstərilir.

Rəsmi Tehran baş verən hadisəni qəti şəkildə pisləyib və günahkarların tez bir zamanda cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, sentyabrın 7-də İranın Bəsrədəki Baş konsulluğunun binasının qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar konsulluğa hücum edərək binanı yandırıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
664 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...