Azərbaycanlı bacılar İsveç parlamentinə deputat seçildilər

Azərbaycanlı bacılar İsveç parlamentinə deputat seçildilər

Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-demokrat partiyasından, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz partiyasından İsveç parlamentinə əyalət millət vəkili seçiliblər. Gundeminfo.az yazır ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk verib.

26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-demokrat partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyada qadınlar üzrə beynəlxalq təmsilçidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...