Siyavuş Novruzovdan Aşura günü ilə bağlı AÇIQLAMA

Siyavuş Novruzovdan Aşura günü ilə bağlı

Azərbaycanda din qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq var, bütün dinlərə eyni münasibətlə yanaşılır.

Bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O qeyd edib ki, qanunla qeydiyyatdan keçən bütün dini icmalar üçün şərait yaradılıb.

Millət vəkilinin sözlərinə görə, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir. S.Novruzov əlavə edib ki, Aşura günündə insanların özünü döyməsi, xəsarət yetirməsi, baş yarması qadağan olunur: "Aşura günü anma mərasimi keçirmək istəyənlər bunu İslama uyğun şəkildə keçirə bilərlər"./Trend



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...