MSK-nın sədr müavini işdən çıxdı - SƏBƏB

MSK-nın sədr müavini işdən çıxdı -

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov işdən çıxıb.

Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq. Natiq Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi.

Natiq Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib. Baş nazir Novruz Məmmədovun əmri ilə Natiq Məmmədov Nazirlər Kabineti Aparatının rəhbərinə müavin təyin olunub. Aparatın rəhbəri Ağa-Bala Hacıyevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
629 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...