"İlham Əliyevlə danışıqlara hazıram" - Paşinyan

"İlham Əliyevlə danışıqlara hazıram" - Paşinyan

Ermənistan hökuməti Azərbaycan rəhbərliyi ilə Qarabağ üzrə danışıqlara hazırdır.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.

Paşinyan Moskvada olarkən Rusiya prezidenti Vladimir Putinin təklifi ilə Azərbaycanın ölkə başçısı İlham Əliyevlə tanış olduğunu bildirib.

"Mən təklifi qəbul etdim və biz tanış olduq. Düzdür, bizim aramızda məzmunlu söhbət olmadı,amma biz ona hazırıq. Münaqişəni tərəflərdən birinin iştirakı olmadan həll etmək olmaz", - deyə Paşinyan söyləyib.

Qeyd edək ki, prezident İlham Əliyev bu gün ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatların təəccüb doğurduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...