Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub

Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub. Bununla bağlı Agentliyin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

S.Məmmədov 1970-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində həkim-kardioloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Salyan rayon Mərkəzi xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq kimi başlayıb. 2003-2009-cu illərdə “Asfarma“ MMC-də müxtəlif vəzifələrdə çalışıb.

2010-2013-cü illərdə əvvəlcə “Farmservis” MMC-də, daha sonra isə “YurAz Farmasyutikl İndastriz” MMC-də marketinq üzrə menecer vəzifəsində işləyib. 2013-2014-cü illərdə “Avromed” özəl tibb mərkəzində filial direktoru vəzifəsini icra edib.

S.Məmmədovun sonuncu iş yeri Suraxanı Tibbi Bərpa Mərkəzi olub. O, 2014-2015-ci illərdə həmin mərkəzdə baş həkim, daha sonra isə direktor vəzifələrini icra edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...