Trampdan İstanbulda yoxa çıxan jurnalistlə bağlı açıqlama

Trampdan İstanbulda yoxa çıxan jurnalistlə bağlı açıqlama

ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda yoxa çıxmasına münasibət bildirib.

Axar.az xəbər verir ki, Tramp öz mövqeyini Ağ Evdə jurnalistlərlə görüşü zamanı səsləndirib.

“Mən baş verənlərdən narahatam. Ümid edirəm ki, situasiyanı aydınlaşdırmaq mümkün olacaq. İndiki məqamda bizə bu məsələ ilə bağlı heç nə bəlli deyil”, – deyə o bildirib.

Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin jurnalisti olan Camal Qaşıqçı bir müddət əvvəl Türkiyədə yoxa çıxıb. Səudiyyə Ərəbistanında müxalif jurnalist kimi tanınan Qaşıqçı elə bu ölkənin İstanbuldakı konsulluğuna daxil olduqdan sonra ondan məlumat almaq mümkün olmayıb. Bəzi mənbələr onun konsulluqda Səudiyyə Ərəbistanından gələn xüsusi adamlar tərəfindən qətlə yetirildiyini iddia ediblər.

Dünən həmçinin ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem də Səudiyyə Ərəbistanını təhdid edən açıqlama verib. O, Qaşıqçı hadisəsinin arxasında Ər-Riyadın dayandığı sübut olunacağı təqdirdə Səudiyyənin bunun qarşılığını çox ağır şəkildə ödəyəcəyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...