Amerikanın Qarabağ təklifi rusları ciddi narahat edib

Amerikanın Qarabağ təklifi rusları ciddi narahat edib

Qarabağ üzrə nizamasalmanın ədalətli Amerika planı Moskvada qıcıq yaratdı

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Yerevana səfəri zamanı verdiyi “əgər Nikol Paşinyan seçkilərdə qalib gələcəksə, onda onun Qarabağ münaqişəsinin ədalətli nizama salınması məsələsində qətiyyətli addımlara getmək imkanı olacaq” bəyanatı Moskvada qıcıq yaradıb.


Virtualaz.org bildirir ki, Amerika prezidenti müşavirinin ədalətli bəyanatına ilk reaksiya verənlərdən biri erməni yönümlü Rusiya deputatı, Dövlət Dumasının MDB üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin olub.

"ABŞ-da güman edirlər ki, yüksək reytinqinə görə indiki hökumət qərarlar qəbul etmək iqtidarındadır, hansı ki, əvvəlki hakimiyyət qəbul edə bilmirdi, əsasən də Qarabağ üzrə. Ancaq çox siyasətçilər öz reytinqlərinə güvənib qeyri-populyar qərar qəbul etdiklərinə görə sonradan "dirsəklərini dişləyiblər", - deyə Rusiya saytı “Sputnik”in Yerevandakı erməni bölməsi Zatulinin bəyanatından sitat gətirib.

Amerikanın Qarabağ təklifi rusları ciddi narahat edib


Zatulinin fikrincə, bu, kifayət qədər "sürüşkən" vəziyyətdir və "sirenalara" hansı həddə “qulaq asmaq” və məşhurluğu qeyri-populyar addımlara dəyişdirmək barədə ermənilər özləri qərar verməlidirlər.

"Biz hamımız cənab Paşinyanın vəzifədə olmasının 100 günü münasibəti ilə etdiyi çıxışına qulaq asdıq. Xatırlayıram, o deyirdi ki, Qarabağın taleyi haqda insanlarla məsləhətləşmədən və Dağlıq Qarabağın özü olmadan qərarlar qəbul etməyəcək. Bununla belə, Boltonun çıxışına görə, Amerika administrasiyasında ( və ola bilsin, təkcə onda yox) belə ümidlər var", - Zatulin deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...