"Səudiyyə kəşfiyyatçısı səs yazısını dinləyincə şok oldu" – Ərdoğan Qaşıqçı cinayəti haqda

"Səudiyyə kəşfiyyatçısı səs yazısını dinləyincə şok oldu" –

“Trampla Qaşıqçı cinayətini müzakirə etdik. Görüşümüzə Merkel ilə Macronu da daxil etmişdik. Qaşıqçı cinayəti məsələsində bizim mövqeyimizin nə olduğunu “Vaşinqton Post”da dərc olunan yazılarımda ortaya qoyduğumu danışdım. Bu cinayətin, əvvəlcədən planlaşdırılmış olduğu, əmrin Səudiyyənin yüksək məqamlardan gəldiyi ortadadır.”

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salmanın bu işdə əli olmadığını bir daha vurğulayıb.

“Məqaləmdə də ifadə etdiyim kimi, hədsiz hörmət bəslədiyim Hadimül-Harameyn Kral Salman haqqında mənim bu cür bir şey düşünməyim əsla mümkün deyil. Ancaq biz tapşırığı verənin kim olduğunu da ortaya çıxarılmasını istəyirik. Bu göstərişi kim verib, bunu demələri lazımdır.

Qatilləri sağda solda axtarmaq lazım olmadığını Trampa da dedim. Bu qatillər həbs olunan 18 nəfərin içindədir.
Biz bu cinayətlə bağlı səs qeydlərini bizdən istəyənlərin hamısına dinlətdik. Kəşfiyyat təşkilatımız heç nəyi gizlətmədi. Səudiyyə, o cümlədən, ABŞ, Fransa, Kanada, Almaniya, İngiltərə, kim istədi hamısına biz bunu dinlətdik. Səs yazıları həqiqətən bir fəlakətdir. Hətta Səudiyyə kəşfiyyatçısı səs yazısına qulaq asanda, “Yəqin ki, bu heroin istifadə edib. Bunu ancaq heroin istifadə edən biri edər” deyəcək qədər şok oldu. Həmin Səudiyyə kəşfiyyatının önəmli siması səs yazısını eşidəndə şok oldu. Buna baxmayaraq hadisəni azdırma izində olanlar var.

Vəliəhd Şahzadə Məhəmməd bin Salman telefonla mənə zəng edəndə “baş prokuroru göndərə bilərəmmi” – dedi. Mən də “Əlbəttə, buyursun gəlsin” – dedim. Gəldi, İstanbul prokuroru ilə görüşdü. “Prezident ilə görüşə bilərəmmi?” -deyincə, İstanbul prokuroru təbii olaraq, “sizin danışa biləcəyiniz adam mənəm, ancaq mənimlə görüşə bilərsiniz”- dedi. Gələn prokuror da təəssüf ki, ipə un sərmək havasındadır. Bütün bu hadisələr olmuş, ortada bu qədər məlumat, sənəd və s. var. Baş prokuror hələ tərəddüd içərisindədir.

Vəliəhd Şahzadə şəxsi nümayəndələrinə “mən hadisəni araçdırıb, vacib nədirsə edəcəyəm” deyir. Biz də səbrlə gözləyirik. Ortada bir jurnalistin qətlə yetirilməsini hadisə var, hadisənin işıqlandırılması, cinayətkarlarının üzə çıxarılması lazımdır. Səudiyyə Ərəbistanda 18 məhbus var. Cinayətkarlar bu 18 məhbusun içindədir. Bunların xaricində kim var? Göstərişi verən. Dediyim kimi, onlara cinayət tapşırığını kimin verdiyi də ortaya çıxarılmalıdır. Qaşıqçının cəsədinin aqibəti nə oldu? Bütün bu suallara aydınlıq gətirilməlidir” – Ərdoğan belə deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...