Putin Merkelə Ukraynadan gileyləndi

Putin Merkelə Ukraynadan gileyləndi

Almaniya kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında Azov-Qara dəniz akvatoriyasında baş verən insidentlə bağlı telefon danışığı aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı informasiya yayıb.

Telefon danışığı alman tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı Rusiya lideri Ukrayna hakimiyyət orqanlarının hərəkətlərini qiymətləndirib, Kiyevin silahlı qüvvələri tam döyüş hazırlığına gətirmək və hərbi vəziyyət tətbiq etmək qərarı ilə bağlı narahatlığını ifadə edib.

“Daha bir münaqişə vəziyyətinin və bununla bağlı risklərin yaranmasında bütün məsuliyyəti Ukrayna tərəfinin daşıdığı bildirilib. Bütün bunlar açıq şəkildə Ukraynada seçkiqabağı kampaniyaya görə həyata keçirilib”, - Kremldən bildirilib.

Putin həmçinin rəsmi Berlinin Ukrayna hökumətini düşünülməmiş addımlardan çəkindirəcəyinə ümid etdiyini bildirib və rus sərhədçilərinin Kerç boğazındakı hadisələrin necə inkişaf etdiyini aydınlaşdırmağa hazır olduğunu qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...