ABŞ-dan 8 ölkəyə mesaj: İran sanksiyaları başlanğıcdır

 ABŞ-dan 8 ölkəyə mesaj:

İran neftini alan bütün ölkələr mümkün qədər tez bir zamanda bunu dayandırmalıdır.

Axar.az xəbər verir ki, bu bəyanatı ABŞ Dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk yayıb. Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar daha da genişlənəcək:

“5 noyabrdakı sanksiyalara başlanğıc kimi baxmaq lazımdır. Bizim hədəfimiz İranın neft ixracını sıfıra çatdırmaqdır. Bütün idxalatçılar öz tədarüklərini diversifikasiya etməlidirlər”.

Qeyd edək ki, ABŞ bundan öncə Çin, Hindistan, Yaponiya, Tayvan, Yunanıstan, İtaliya, Türkiyə və Cənubi Koreyanı İran sanksiyalarından müvəqqəti azad edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...