Bakıya qarşı böhtan kampaniyasının ilginc - Səbəbi

Bakıya qarşı böhtan kampaniyasının ilginc -

"Qardian" ("The Guardian") nəşrində Azərbaycanla bağlı dərc olunmuş material birmənalı şəkildə sifariş xarakterlidir.

Bu sözləri Axar.az-a dekabrın 21-də Böyük Britaniyanın “Qardian” nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli məqalənin dərc olunmasına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə deyib. Deputat vurğulayıb ki, ölkəmizin müstəqil dövlət quruculuğundakı uğurlarını xaricdə fəaliyyət göstərən müəyyən antiazərbaycan dairələrini heç cür qane etmir:


“Həmin dairələr Azərbaycanı öz təsirləri altına ala bilmirlər. Çünki təbii sərvətlərimizdən əldə olunan gəlirlər onların büdcəsinə deyil, məhz Azərbaycanın dövlət büdcəsinə axır. Buna görə də vaxtaşırı ölkəmizlə bağlı böhtan xarakterli materiallar dərc etməyi özlərinə bir vəzifə bilirlər. İlk dəfə deyil ki, həmin qüvvələr bu mövzuda Azərbaycanla bağlı xarici auditoriyada mənfi rəy yaratmağa çalışırlar. Bu gün Azərbaycan beynəlxalq birlikdə yüksək nüfuza malik olan ölkədir və digər ölkələrlə münasibətlərə, o cümlədən humanitar, mədəni əlaqələrə xüsusi önəm verir. Azərbaycanın tarixi, dəyərləri və mədəniyyəti ilə bağlı informasiyalar xarici ölkələrdə maraqla qarşılanır. Belə olan halda antiazərbaycan dairələri xaricdəki siyasi-iqtisadi dairələrdə və sadə vətəndaşlar arasında ölkəmizlə bağlı mənfi rəy yaratmağa cəhd edirlər. Onlarda belə təsəvvür yaranır ki, xarici ölkələr bu cür yalan məlumatlardan sonra Azərbaycan qarşı kəskin və düşmən mövqe tutacaqlar. Ancaq onlar öz təxminlərində yanılırlar”.

Millət vəkili qeyd edib ki, Azərbaycanla əlaqə saxlayan mühüm xarici siyasi dairələr antiazərbaycan qüvvələrinin təqdim etdiyi rəqəmlərə deyil, Bakı ilə real münasibətlərdə gördükləri obyektivliyə qiymət verirlər.

“Azərbaycanın həyata keçirdiyi böyük layihələr, ölkəmizə investisiya və turist axını Bakıya kənar təsirlərin effektiv olmadığını bir daha ortaya qoyur. Çox təəssüf ki, dünyada yaramaz, qeyri-obyektiv münasibətlərə yol verilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
623 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...