“Cənab prezident dünya arenasında sayılıb-seçilən liderlərdəndir” – Azər Badamov

“Cənab prezident dünya arenasında sayılıb-seçilən liderlərdəndir” –

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. Ölkə başçısının 57 yaşı tamam olur. 15 ildir Azərbaycana rəhbərlik edən İlham Əliyev bu postda Azərbaycan adına bir çox naliyyətlərə imza atıb. Ekspertlər hesab edir ki, ümummilli lider Heydər Əliyevdən sonra Azərbaycanın dünyada tanınmasının, sayılıb-seçilməsinin əsas memarlarından biri də İlham Əliyevdir. Onun daxili və xarici siyasətdə etdiyi gedişlər region və dünya dövlətlərinin liderləri tərəfindən təqdir olunduğu vurğulanır. Ekspertlər, siyasi şərhçilər belə deyir.

Bəs bir dövlət başçısının şəxsi liderlik keyfiyyətlərinın həmin ölkənin nüfuzuna təsiri nə qədər böyükdür? İlham Əliyevdə hansı liderlik keyfiyyətlərini müşahidə etmək mümkündür?

Millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında deyib ki, biz xoşbəxt ölkənin vətəndaşlarıyıq ki, sabahımızı düşünən liderimiz var. Millət vəkilinin sözlərinə görə, son 15 ildə cənab prezident İlham Əliyevin rəhbərliyi altında yenilənən Azərbaycana doğru böyük uğurlar əldə olunub: “Bu uğurlar həm ölkəmizin daxili inkişafında, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində özünü geniş şəkildə təzahür edir. Azərbaycanın daxilində əldə etdiyi inkişafı bəzi ölkələr yüz illər boyu əldə etməyib. Azərbaycan cənab Prezidentin yürütdüyü uzaqgörən siyasət nəticəsində bunu bacarıb. Bu gün Azərbaycan vətəndaşının rifahı dəyişib. Ölkə başçımızın düşünülmüş xarici siyasəti nəticəsində dövlətimiz beynəlxalq aləmdə böyük uğurlara imza atıb. Bu gün ölkəmiz dünya arenasında seçilən və sevilən dövlətə çevrilib. Azərbaycanın dünya miqyasında böyük nüfuzu var. Bütün bu kimi naliyyətlər Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan ölkə başçımızın rəhbərliyi altında dünyanın ən böyük güc mərkəzləri ilə oturub-durur. Böyük güc mərkəzləri Azərbaycana hörmət edir, ölkəmizin dedikləri, mövqeləri ilə hesablaşırlar. Bu bizim böyük uğurumuz və xoşbəxtliyimizdir”.

Azər Badamov bildirib ki, dünyada 200-dən çox dövlət mövcuddur. Amma hər dövlət Azərbaycan qədər nüfuza malik deyil. Azərbaycan qədər tanınmır: “Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil ölkəyə çevrilib. Həm iqtisadi, həm də siyasi cəhətdən müstəqilik. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi də möhkəmləndirir. İqtisadi müstəqilliyimiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında möhkəmlənib. İnkişaf edib. Hazırda Azərbaycanın beynəlxalq miqyasda həyata keçirdiyi qlobal layihələr bunu deməyə imkan verir. Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz faktora çevrilən Azərbaycan Qərb üçün də əvəz edilməz dövlətə çevrilib. Cənub Qaz Dəhlizinin çəkilişinin başa çatdırılması Azərbaycanın gələcəyə olan ümidlərini daha da yüksəldir. Təbii ki, cənab Prezidentə olan yüksək sayğı və dəyər münasibətini onun dünya liderləri ilə olan görüşlərində də müşahidə edirik. Bu bir siyasi liderin, şəxsiyyətin özünü dünya arenasında təsdiq etməsidir. Hər bir lider, Prezident İlham Əliyev kimi özünü dünyada təqdim edə bilmir. Bu bizim xalqımızın baş ucalığıdır. Xalqımız xoşbəxtdir ki, onun İlham Əliyev kimi xarizmatik lideri var. Prezidentin rəhbərliyi altında bizim uğurlarımız davamlı olacaq. Azərbaycan daha da inkişaf edəcək. Vətəndaşlarımızın rifahı daha da yaxşılaşacaq. Məhz cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan dünya üçün əvəzolunmaz ölkəyə çevriləcək. Fürsətdən istifadə edərək “Həftə içi” qəzeti və hafta.az- saytı vasitəsi ilə cənab Prezidentimizi ad günü münasibəti ilə təbrik edirəm. Ona gələcək işlərində uğurlar arzulayıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...