Cavad Zərif və Fransalı jurnalistin mübahisəli müsahibəsi - “İran heç vaxt İsraili məhv etməklə hədələməyib”
İran xarici işlər naziri Cavad Zərifi Fransanın sağ və mühafizəkar baxışlara mənsub “Le Point” (fransızcadan tərcüməsi “Nöqtə”dir-red.) qəzetinə müsahibə verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İranın baş diplomatının Fransa və Avropa ictimaiyyəti üçün maraqlı açıqlamaları olub. Onu İran-İsrila münasibəltəri ilə bağlı söylədikləri hər iki ölkənin mətbuatı tərəfindən geniş müzakirə edilib. İsraill məsələsi jurnalistin Fransa prezidenti Emmanuel Makronun İranın nüvə proqramından dolayı narahatlıq ifadə etdiyi sözləri xatırlatmasından sonra ortaya çıxıb. Cavad Zərif bu sualı sualla cavablandırıb:
“Fransa Tehranın özünü qoruması üçün Səudiyyə Ərəbistanı və BƏƏ-yə satdığı təyyarələrdən İrana da verə bilərmi? Yoxsa Makron İranın özünü müdafiə etməsini istəmir?" Müsahibə götürən jurnalist bununla bağlı olaraq bəhs olunann ərəb ölkələrinin heç vaxt İsraili məhv etməyə çağırmadıqlarını, onların raketlərində “İsrailə ölüm” yazılmadığını vurğulayıb.
Cavad Zərif bu sualdan bir qədər yayınaraq Benyamin Netanyahunu bu iln avqust ayının 29-da Dimona şəhərindəki nüvə araşdırmaları mərkəzini ziyarət edən zaman İranı məhv edəcəyi ilə bağlı sözlərini xatırladıb. (Əslində isə Netanyahu belə deyibmiş: “Bizi məhv etməklə təhdid edənlər, eyni təhlükə ilə üzləşəcəklərinin fərqində olmalıdırlar").
Bundan sonra iranlı diplomat “Le Point”in əməkdaşına gözlənilməz bir sual verib: "Biz nə vaxt İsraili məhv etmək istədiyimizi demişik. Mənə bir nəfərin adını söylə ki, belə bir söz işlətsin”. Jurnalist İranın keçmiş prezidenti Mahmud Əhmədinecatın “İsrail Yer üzündən silinməlidir”,-deyə cümlə işlətdiyini bildirib. Müsahibənin bu anında Cavad Zərif bir qədər duruxduqdan sonra Əhmədinecatın belə demədiyini qeyd edib.
“O, imamın (Xomeyni) İsrailin zamanın səhifələrindən silinəcəyi sözünü təkrarlayıb. Lakin onları məhv etməyə hazırlaşdığını deməyib. Sadəcə, İsrailin öz siyasətini davam etdiricəyi təqdirdə Xomeyninin dediyi aqibəti yaşayacağını bildirib”. Lakin “Le Point” Əhmədinecatın 2005-ci ildə “Dünya sionizm əleyhinə” adlı konfransda həqiqətən Xomeyninin sözlərini təkrarladığını qeyd etsə də, rəsmi agenliklərdə onun bu sözlərindən başqa bir ifadənin keçdiyini da vurğulayıb: “İsrail Yer üzündən silinməlidir”.
Fransalı jurnalist Əhmədinecatın heç vaxt bu sözlərini danmadığını da müsahibinin diqqətinə çatdırıb.
Cavad Zərif isə məhv etmək hədəsinin həmişə İsrailldən gəldiyi fikrində israr edib.
723 dəfə oxundu