Vahid Ələkbərov varlılar siyahısında 3-cüdür

Vahid Ələkbərov varlılar siyahısında 3-cüdür

“Forbes” jurnalı Rusiyanın ən varlı adamlarının reytinqini açıqlayıb. Novator.az-ın məlumatına görə, 10 milyarderin yer aldığı siyahıda “Lukoyl” şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov üçüncü pillədə göstərilir. Onun 20,7 milyard dollarlıq sərvəti var.

1950-ci ildə Bakıda anadan olan Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl”un prezidentidir. Ən varlı rusiyalıların siyahısına 24 milyard dollarlıq varidatla “Novatek” qaz şirkətindən Leonid Mixelson başçılıq edir. İkinci yerdə 21,3 milyardlıq var-dövlət sahibi olan biznesmen Vladimir Lisin qərarlaşıb.

Rusiya milyarderlərinin ilk onluğunda sonrakı sıralama belədir: Aleksey Mordaşov (20,5 milyard dollar); Gennadi Timçenko (20,1 milyard dollar); Vladimir Potanin (18,1 milyard dollar); Mixail Fridman (15 milyard dollar); Andrey Melniçenko (13,8 milyard dollar); Əlişir Usmanov (12,6 milyard dollar); Roman Abramoviç (12,4 milyard dollar).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
702 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...