"Bosniya qəssabı"nın cəzası ömürlük həbslə əvəz olundu

"Bosniya qəssabı"nın cəzası ömürlük həbslə əvəz olundu

Hollandiyanın Lahey şəhərində keçmiş Yuqaslaviya Beynəlxalq Cəza Məhkəməsinin (ICTY) tərəfindən "Bosniya Qəssabı" olaraq da bilinən eks serb lider Radovan Karadzicin kassasiya məhkəməsi qərar verdi.

Modern.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, 2016-cı ildə soyqırım, müharibə cinayətləri, insanlığa qarşı törədilmiş cinayətlərə görə 40 il həbs cəzası verilən Karadzicin yekun cəzası bəlli olub. Məhkəmənin verdiyi qərarla "Bosniya qəssabı" Karadzic ömürlük həbsə məhkum edilib.

ICTY-nın 2017 ildə bağlanmasının ardından davam edən məhkəmə işlərini təhvil alan Beynəlxalq Cəza Məhkəmələri Mexanizmi Kassasiya Şurası, təxmini 3 il davam edən Karadzicin kassasiya məhkəməsində qərarı açıqladı.

Şura, bosniyalı serblərin eks lideri Karadzicin 1995-ci ildə Srebrenitsadakı soyqırımla yanaşı, 1992-1995-ci illərdə yaşayan Bosniya Müharibəsinda həyata keçirilən müharibə cinayətləri və insanlığa qarşı törədilmiş cinayətlərə görə cəzalandırdı.
Kırım Tatar Milli Məclisi sədri Refat Çubarov, Laheydə alınan qərarın ardından Facebook hesabında açıqmala verərək, "Sıradakı Putin olmalıdır" deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...