İlham Əliyevlə Paşinyanın təkbətək görüşü başa çatdı - VİDEO

 İlham Əliyevlə Paşinyanın təkbətək görüşü başa çatdı -

Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək formada keçirilən ilk rəsmi görüş başa çatıb.

Azvision.az xəbər verir ki, liderlərin təkbətək görüşü 1,5 saatdan çox davam edib. Ermənistan baş nazirinin sözçüsü Vladimir Karapetyan bildirib ki, təkbətək görüşdən sonra XİN rəhbərləri və həmsədrlərin iştirakı ilə geniş formatda danışıqlar davam etdirilir. Təkbətək görüşdən əvvəl də liderlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri, o cümlədən, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin də iştirakilə geniş tərkibdə görüş keçiriblər. Həmin geniş tərkibli görüş isə 40 dəqiqə davam edib. Qeyd edək ki, Vyana görüşünün yekunlarına dair Minsk qrupunun həmsədrləri birgə bəyanat yayacaqlar.

 İlham Əliyevlə Paşinyanın təkbətək görüşü başa çatdı -





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...