Ərdoğan: "Xalqımız on beşinci dəfə seçkilərdə birinciliyi bizə hədiyyə edib"

Ərdoğan: "Xalqımız on beşinci dəfə seçkilərdə birinciliyi bizə hədiyyə edib"

Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan bələdiyyə seçkilərinin ilkin nəticələrinin elan edilməsindən sonra Ankarada ənənəvi nitqlə çıxış edib.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Dövlət başçısı qeyd edib ki, Türkiyə xalqının dəstəyi onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasına ölkədə keçirilən seçkilərdə 15-ci dəfə qalib gəlməyə imkan verib.
Prezident AKP-yə və Xalq Alyansına göstərilmiş dəstəyə görə xalqa təşəkkür edib. Türkiyə lideri qeyd edib ki, bələdiyyə seçkilərinin nəticəsinə görə bu blokdan olan namizədlər 778 bələdiyyə orqanında, həmçinin 16 böyük şəhərdə qalib gəliblər.

"Bizim üçün siyasət xalqa xidmət etmək imkanıdır, ona qarşı durmaq və ya ona nifrət etmək üçün səbəb deyil", - deyə Ərdoğan qeyd edib. Dövlət başçısı bildirib ki, bundan sonra onlar həmin prinsipə əsaslanaraq fəaliyyət göstərəcəklər.
Ərdoğan xatırladıb ki, Türkiyədə 4,5 il ərzində seçkilərin keçirilməyəcəyi dövr başlanıb.

Daha əvvəl Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım bildirib ki, seçkilərdə 48,71 faiz səslə qalib gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...