Boltondan Çinə mesaj: Tayvanı müdafiə edəcəyik

Boltondan Çinə mesaj:

ABŞ Tayvanı Pekinin fəaliyyətindən müdafiə etmək niyyətindədir. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Tvitterdəki səhifəsində paylaşıb. O, ABŞ-ın “Tayvanla əlaqələr haqqında qanun”a sadiq olduğunu bildirib. Qeyd edək ki, “Tayvanla əlaqələr haqqında qanun” 1979-cu ildə Konqres tərəfindən qəbul edilib. Qanuna əsasən, tərəflər qarşılıqlı müdafiənin təminatı barədə öhdəlik götürüblər. Çin bundan öncə ABŞ-dan dəfələrlə Tayvana yardımlarını dayandırmasını tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...