Elmar Məmmədyarov: “Şərq tərəfdaşlığı” proqramı hələ tam icra olunmayıb

Elmar Məmmədyarov: “Şərq tərəfdaşlığı” proqramı hələ tam icra olunmayıb

“Şərq tərəfdaşlığı” proqramı hələlik 100 faiz icra olunmayıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib. O bildirib ki, inkişaf üçün imkanlar var:

“Şərq tərəfdaşlığı” çərçivəsində Aİ və onun üzv dövlətləri, eləcə də proqramın üzv dövlətləri üçün çoxlu imkanlar var”.
E.Məmmədyarov qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin 2020-ci ildə işə düşməsi ilə qaz Xəzər dənizinin Azərbaycan sektorundan İtaliya bazarlarına tədarük olunacaq və bu, tamamilə yeni imkanlar açacaq: “Cənub Qaz Dəhlizi” həm də digər ölkələrə, xüsusilə də Balkan regionunadək uzadıla bilər”. Nəqliyyat sahəsində əməkdaşlıqdan danışan nazir vurğulayıb ki, Aİ mövcud nəqliyyat dəhlizlərinin istifadəsində maraqlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...