Çavuşoğlu: Türkiyə S-400 sistemlərini artıq alıb

Çavuşoğlu: Türkiyə S-400 sistemlərini artıq alıb

Ankara dəfələrlə ABŞ-a və digər tərəfdaşlarına Rusiya ilə S-400 zenit-raket sistemlərinin alınmasına dair razılaşmanın ləğv olunmasının mümkün olmadığını bildirib. Trend-in məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu deyib ki, Türkiyə artıq S-400 sistemlərini alıb: "Türkiyə S-400 sistemlərini almağa məcbur idi, çünki o, analoji sistemləri müttəfiqlərindən ala bilməyib".

Çavuşoğlunun fikrincə, ABŞ-ın "Patriot" sistemlərinin tədarükü məsələsində inkişafa nail olmaq üçün ABŞ Konqresinin razılığı olmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...