Müdafiə Nazirliyi İmamoğlunun imzaladığı dəftəri götürdü

Müdafiə Nazirliyi İmamoğlunun imzaladığı dəftəri götürdü

Son seçkilərin nəticəsinə görə, (qeyri-rəsmi) İstanbul böyük şəhər bələdiyyəsinin sədri seçilən CHP üzvü Əkrəm İmamoğlu Ankarada Atatürkün məzarını ziyarət edərək, mavzoleyin xatirə dəftərinə yazdığı ürək sözləri hələ də müzakirə olunur. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əkrəm İmamoğlunun qeydini “İstanbul böyük şəhər bələdiyyəsinin sədri” olaraq imzalamasına İstanbulda seçkilərin nəticələrinə etiraz edən AKP təmsilçilərinin sərt etirazına səbəb olub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş verənlərlə bağlı deyib: “Anıt qəbirdə baş vermiş hadisədə baxırsınız ki, İstanbuldan bəyəfəndi gedir. Sən mandatını almısanmı? Almamısan. Mandatını almadığın halda, Anıt qəbirdə protokol nəyi tələb edir, bundan da xəbərin yoxdur. Orada bunu müşayiət edənlər də səhv ediblər, dəftəri necə yazmalı olduqlarını da bilmirlər. Belə bir şey yazmağa haqqın da yoxdur. Bələdiyyə sədri mandatını al, buyur. O vaxt rahat et. Buna heç kim mane ola bilməz. Amma bu elədiyi protokol baxımından səhvdir. Mandatını almadığı halda belə bir iş gördü və nə oldu? Milli Müdafiə Nazirliyi dəftəri oradan götürdü”.

Əkrəm İmamoğlu dövlət başçısının bu şərhini cavabsız qoymayıb: “Anıt qəbirdəki dəftəri götürüblərsə, bir də gedərəm, bir də imzalayaram. Fürsət tapdıqca Anıt qəbirə gedəcəyəm, yenə gedərik, yazarıq. Bizim üçün problem olmaz. O ki qaldı qaydalara bu cür həssaslıqlarına, İstanbulda tətbiq olunan qaydalara aid bir şərh vermirlər, nəzər yetirmirlər. Hələ də heyrətlə qarşılayıram. İstanbulda mövcud olan şəraitin ən böyük səbəbkarı seçki gecəsi verilən “qazandıq” açıqlamasıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...