Əliyev Putin və Ruhani ilə yayda görüşəcək

Əliyev Putin və Ruhani ilə yayda görüşəcək

Prezident İlham Əliyevin rus və iranlı həmkarları ilə üçtərəfli görüşü ola bilər.

“Qafqazinfo”nun “Vestik Kavkaza”ya istinadən verdiyi xəbərə görə, bu haqda Xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib. Onun sözlərinə görə, ölkə liderləri avqust ayında Moskvada bir araya gələ bilər: “Rusiyada baş tutacaq Azərbaycan, İran və Rusiya sammiti ilə bağlı rəsmi dəvət almışıq. Görüş vaxtının əvvəl avqustun 15-i, sonra isə 14-ü olacağı deyildi. Bizim nə cavab verdiyimizi qayıdanda dəqiqləşdirməliyəm”.

Elmar Məmmədyarov onu da qeyd edib ki, üçtərəfli format çox yaxşı təşəbbüsdür: “Bu, elə layihədir ki, burada hamı qalib çıxır və hamı bu məsələdə maraqlıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...