AXH-də İsgəndər Həmidova qarşı planı kim(lər) qurub - müəmma

AXH-də İsgəndər Həmidova qarşı planı kim(lər) qurub -

Mirşahin Ağayevin yaydığı yazışma yeni qalmaqal yaratdı

Mirşahin Ağayev rəhbəri olduğu Real TV-də Avropada yaşayan azerifredoom internet televiziyasının rəhbəri Qurban Məmmədovla adını gizli saxladığı Azərbaycan Xalq Hərəkatı adlı təşkilatın üzvlərindən biri ilə telefon yazışmasını yayıb: Sitat: “Beləliklə: Qurban Məmmədov kiməsə yazır. Kiməsə deyirəm, amma mənə həmin kimsənin kim olduğu tam aydındır.

Qurban Məmmədov: - Eybi yox, sabahkı iclasa məni mütləq qoş. O bandanın məsələsini qoyacam.

Cavab: - Bilirsiniz kimlərdir onun bandasında?

Qurban: - Bəli, bilirəm. Ona görə də sabah o bandanın 3 üzvünün məsələsini qoyacam.

Valeh İbadov, Ramiz Tağıyev, Ağasif Şakiroğlu. Sonrakı iclaslarda da Firudinin, Yavərin məsələsini qoyacam.

Cavab: - Başa düşdüm, bəy! Amma məncə, İsgəndərdən başlamaq daha yaxşı olar.

Qurban Məmmədov: - Yox, qətiyyən. İlk öncə İsgəndərin ətrafını dağıtmaq lazımdır. Ətrafını dağıda bilsək, onu çıxarmaq çox asan olacaq, hətta bu mövzuda Mirmahmud bəy də aldanaraq bizi dəstəkləyəcək. Ona görə dəstəkləyəcək ki, İsgəndər Həmidov yola salındıqdan sonra hərəkatın onun liderliyində fəaliyyət göstərdiyini sanacaq. Ona görə də İsgəndəri bizimlə birləşərək vuracaqlar. Sonra onun da məsələsini həll edərik. Mirmahmud elə də güclü deyil.

Cavab: - Başa düşdüm, bəy! Əsas odur ki, tələsib özümüzü yandırmayaq. Tələsmədən bütün bunları etmək lazımdır. Vaxtınız varsa, zəng edim rahat danışaq.

Qurban: - Təbii ki, tələsmək lazım deyil. Allaha şükür ki, biz İsgəndər kimi ağılsız deyilik. İmkan tanıyaq, qoy, özünü bir qədər də biabır etsin.

Cavab: - Anladım. Zəng edim danışaq?

Qurban: - Bəy, 5 dəqiqəyə özüm zəng edirəm sizə.

AXH-də İsgəndər Həmidova qarşı planı kim(lər) qurub -


Yazışma uzundur. Amma mən onun sizə, həm də yəqin daha çox İsgəndər Həmidova maraqlı ola biləcək hissəsini oxudum".

Mirşahin Ağayevin yaydığı bu yazışmada Qurban Məmmədovla məsləhətləşən adamın Azərbaycan Xalq Hərəkatının hazırkı dönəm sədri Tural Abbaslı olduğu iddiaları ortaya çıxıb. Tural Abbaslı ilə İsgəndər Həmidov arasında ötən həftə AXH-nin iclasında yaşanan gərginliyin birincinin adının hallanmasında rolu olduğu bəllidir.

AXH-də İsgəndər Həmidova qarşı planı kim(lər) qurub -


Tural Abbaslı ilə söhbətimizdə yazışmanın ona məxsus olub-olmadığını xəbər aldıq. Onun cavabı belə oldu: “Guya belə bir yazışmanın mənimlə olması barədə iddialar cəfəngiyyat və saxtakarlıqdan başqa bir şey deyil. Mənim Qurban Məmmədovla guya İsgəndər Həmidovu oradan uzaqlaşdırmamla bağlı bu günə qədər heç bir, nə yazılı, nə də səsli söhbətim olub. Zatən bunu mənə deyənlərin özləri də bu cəfəngiyyata inanmadıqlarını qeyd etdilər. Bu iddialar ən kiçik bir obyektiv analiz və araşdırmaya belə tab gətirməyəcək dərəcədə gülüncdür. Mənə maraqlıdır, əgər belə bir yazışma olubsa, dünyada ən təhlükəsiz əlaqə vasitəsi olan votsapdan bu necə əldə olunub və ya müasir smart telefonlarının barmaq izi, rəqəmli şifrə və sair kimi təhlükəsizliyi necə qırılıb ki, bu məlumatlar götürülüb? Yəni müasir dünyadan və texnologiyalardan kiçik də olsa anlayışı olanlar anlayır ki, bu yazışma faktı saxtakarlıqdan başqa bir şey deyil. Əslində bu ”yazışma" məsələsi o qədər gülüncdür ki, hətta AXH İdarə Heyəti üzvləri qeyri-rəsmi də olsa belə bunun müzakirəsinə ehtiyac duymadılar. Başqa bir tərəfdən isə ehtimal olunsa ki, kimlərsə öz aralarında kimlər barədə nə isə danışıblarsa belə, burada qanunsuz və əsasnaməyə zidd heç nə yoxdur. Bir sözlə, bunlar siyasi qeybətdən başqa bir şey deyil".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...