AKP-nin səslərin yenidən sayılması tələbi rədd edildi

AKP-nin səslərin yenidən sayılması tələbi rədd edildi

Yüksək Seçki Qurumu (YSK) hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulun 31 rayonunda səslərin yenidən sayılması tələbini rədd edib. “Gundeminfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə partiyanın YSK-dakı təmsilçisi Rəcəb Özəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yalnız 21 rayonda 51 sandıqdakı səslər yenidən hesablanacaq. “İstanbulda 10 milyon 560 min 963 seçici var. AKP və CHP-nin bələdiyyə rəhbərliyinə namizədləri arasında təxminən 15 min səs fərqi var. Baxın, sandıqların 6 faizi yenidən açıldı, səs fərqi 29 mindən 14 min 600-ə düşdü. Əgər bunun 94 faizi açılmış olsaydı, inanırıq ki, Binəli Yıldırım İstanbul bələdiyyə rəhbəri idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...