ABŞ-ın daxili təhlükəsizlik nazirinin müavini istefa verib

ABŞ-ın daxili təhlükəsizlik nazirinin müavini istefa verib

ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsenin ardında onun müavini Kler Qleydi istefa ərizəsini yazıb.
Gundeminfo.az xəbər verir ki, trend-in məlumatına görə, bunu Kirsten Nilsen deyib. "Nazir müavini vəzifələrini icra edən Kler Qleydi prezidentə sabahdan etibarən istefa barədə ərizə ilə müraciət edib", - deyə Nilsen "Tvitter"də bildirib. Xatırladaq ki, daha öncə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı Kirsten Nilsen vəzifəsini tərk edib. Nilsen bu barədə özü prezident Donald Trampa müraciət edib.

Tramp öz növbəsində bildirib ki, nazirin vəzifələrini müvəqqəti olaraq Kevin Makalinan yerinə yetirəcək. "Daxili təhlükəsizlik naziri Kirsten Nilsen öz postunu tərk edir, xidmətinə görə ona təşəkkürümü bildirmək istərdim", - deyə Tramp özünün "Tvitter" səhifəsində yazıb. Kirsten Nilsen öz postunu bu gün tərk edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...