Sorğu: Vladimir Zelenski prezident seçkilərində qalib gəlməyə daha şanslıdır

Sorğu: Vladimir Zelenski prezident seçkilərində qalib gəlməyə daha şanslıdır

Ukraynada prezident seçkilərinin ikinci turunda namizəd Vladimir Zelenskinin şansı hazırki Prezident Petro Poroşenkodan yüksəkdir. Gundeminfo.az xəbər verir ki, bu barədə “Reytinq” sosioloji qrupunun direktor müavini Lyubomir Mısiv keçirdiyi mətbuat konfransında məlumat verib.

“Reytinq”in apardığı sorğuya əsasən, ukraynalıların 51 faizi V.Zelenskiyə səs verəcək. P.Poroşenko isə iştirakçıların 21 faiz səsini qazana bilib. Sorğuda iştirak edənlərin 18 faizi hələ namizədi seçmədiyini, 10 faizi isə səsvermədə iştirak etməyəcəyini açıqlayıb. Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...